PSJ Buffonun transferini açıqlayacaq

15:50 - 21 İyun 2018

"Yuventus"dan ayrılan Canluici Buffon karyerasını PSJ-də davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, 40 yaşlı əlcək sahibi Parisdə ev axtarışındadır. Əfsanəvi qapıçı tibbi müayinədən keçdikdən sonra paytaxt klubu ilə 2 illik müqavilə bağlayacaq. Onun illik qazancı 8 milyon avro olacaq. Transfer tezliklə rəsmi şəkildə elan ediləcək.

 

Qeyd edək ki, italiyalı qapıçı 2001-ci ildən Turin klubunda çıxış edirdi. "Yuventus"da 656 oyun keçirib və 20 kubok qazanıb.

Xəbər xətti