"Qarabağ" "Ludoqorets"lə heç-heçə etdi

21:34 - 23 İyun 2018

Çempionlar Liqasına hazırlaşan “Qarabağ” bu gün ilk yoxlama matçı keçirib.

 

Sportal.az xəbər verir ki,, Ağdam təmsilçisi Avstriyada keçirdiyi təlim-məşq toplanışında Bolqarıstanın "Ludoqorets" klubuyla qarşılaşıb. Oyun 1:1 hesablı bərabərliklə başa çatıb.

 

Qeyd edək ki, "Qarabağ" iyunun 26-da "Vakker İnsbruk" (Avstriya), 30-da Suriya yığması, iyulun 4-də isə "Dinamo" (Kiyev, Ukrayna) klubları ilə də yoxlama oyunları keçiriəcək.

 

"Ludoqorets" - "Qarabağ" - 1:1

Qollar: Svierczok, 33 - Dani Kintana, 52

Xəbər xətti