Qurban Qurbanov: "Oyundan-oyuna daha yaxşı vəziyyətdə olacağıq"

00:23 - 24 İyun 2018

"Keçirdiyimiz ilk yoxlama oyunu idi. Futbolçulardan razı qaldım”.

 

Sportal.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avstriya toplanışı çərçivəsində “Ludoqorets”lə keçirilən yoxlama oyunundan sonra klubun saytına açıqlamasında deyib. 1:1 hesablı bərabərliyi şərh edən Qurbanov növbəti görüşlərdə daha yaxşı çıxış edəcəklərini bildirib:

 

“Səhvlərimiz oldu, amma düzgün oynamağa çalışdıq. Oyundan-oyuna daha yaxşı vəziyyətdə olacağıq".

Xəbər xətti