"Sampaoli məni təbrik etmədiyi üçün gözümdən düşdü"

13:52 - 25 İyun 2018

Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç Argentina yığmasının çalışdırıcısı Xorxe Sampaoli haqda açıqlama verib.

 

Sportal.az xəbər verir ki, xorvatiyalı mütəxəssis Sampaolinin böyük baş məşqçi olmayacağını deyib. O, bunun səbəbini bu cür izah edib:

 

“Xorxe Sampaoli qalib gəldiyimiz oyundan sonra məni təbrik etmədiyi üçün gözümdən düşdü. Mən həmişə qalib gələndə də, məğlub olanda da rəqib məşqçinin əlini sıxmışam, təbrik etmişəm. Ancaq Sampaoli bunu etmədi. Gözlərini məndən qaçırdı və içəri getdi. Belə şeyləri edərək, böyük baş məşqçi ola bilmərsiz”.

 

Qeyd edək ki, DÇ-2018-in qrup mərhələsində Xorvatiya Argentinaya 3:0 hesabı ilə qalib gəlmişdi.

Xəbər xətti