"Keşlə" Türkiyəyə yollandı: Rəqiblər bəlli oldu

Bakı toplanışını başa vuran “Keşlə” Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyununa hazırlığını davam etdirmək məqsədilə bu gün Türkiyəyə yollanıb.

 

Sportal.az xəbər verir ki, paytaxt klubu Kızılcahamam vilayətindəki “Patalya” otelində məskunlaşıb. Komanda sabah səhər ilk məşqə çıxacaq. İyul ayının 10-dək davam edəcək təlim-məşq toplanışında “Keşlə” 3 yoxlama matçı keçirməyi planlaşdırır. Komanda ilk yoxlama matçını Bolu vilayətində Bosniya və Herseqovinanın "Çelik” (Zeniça) komandasına qarşı keçirəcək. Oyun Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.

 

İkinci yoxlama matçında rəqib “Levadiya” komandası olacaq. Estoniya təmsilçisilə qarşılaşma Bakı vaxtı ilə 17:00-da başlayacaq.

 

Toplanış çərçivəsində son yoldaşlıq matçı iyulun 6-da keçiriləcək. Bu dəfə komanda İranın “Traktor Sazi” komandası ilə üz-üzə gələcək. Oyunun başlanma vaxtı barədə əlavə məlumat veriləcək.

Tarix: 28 İyun [00:55]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Sentyabr 2018
18  Sentyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio