"Neftçi"dən ayrıldı, Cənubi Koreyaya üz tutdu

13:27 - 29 İyun 2018

"Neftçi"dən ayrılan İqnasio Herreranın yeni klubu bəlli olub.

 

Sportal.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi karyerasını Asiyada davam etdirəcək. Çilili futbolçu Cənubi Koreyanın "Seul E-Land" klubu ilə saziş bağlayıb. Müqavilənin detalları isə açıqlanmayıb.

 

Qeyd edək ki, 30 yaşlı futbolçu 2017-ci ildən "Neftçi"də çıxış edirdi. Herrera cari mövsüm ümumuilikdə 33 oyuna 8 qol vurub, 6 assist edib. 

Xəbər xətti