"Mançester Yunayted"də yeni müqavilə

17:13 - 29 İyun 2018

"Mançester Yunayted"də yeni müqavilə qeydə alınıb.

 

Sportal.az xəbər verir ki, "qırmızı şeytanlar" Maruan Fellaini ilə yeni sözləşmə imzalayıb. Yeni müqaviləyə əsasən, Belçika milli komandasının üzvü 2020-ci ilədək Premyer Liqa təmsilçisinin şərəfini qoruyacaq.

 

Qeyd edək ki, 30 yaşlı yarımmüdafiəçi "Mançester Yunayted"ə 2013-cü ildə "Everton"dan transfer olunub. O, meydana çıxdığı 105 oyunda 12 qol vurub.

Xəbər xətti