"Qarabağ"ın 3-cü sınağı

11:14 - 30 İyun 2018

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün növbəti yoxlama oyununa çıxacaq.

 

Sportal.az xəbər verir ki, Qurban Qurbanovun komandası Suriya millisi ilə qarşılaşacaq. Matç sabah Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

 

Qeyd edək ki, "Qarabağ" bundan əvvəl Bolqarıstan "Ludoqorets"i (1:1) və  Avstriya "Vakker İnsbruk"u (0:0) ilə heç-heçə edib.

Xəbər xətti