Qriqorçuk: "Almeydanı "Qarabağ"dan tanıyıram və oyununa bələdəm"

16:31 - 4 İyul 2018

"Astana"nın baş məşqçisi Roman Qriqorçuk komandanın yeni transferi, milli komandamızın üzvü Riçard Almeydadan danışıb.

 

Sportal.az xəbər verir ki, ukraynalı mütəxəssis Almeydanın oyununa bələd olduğunu deyib:

 

"Astana"nı qəbul edəndə heyətə görə narahatlığım var idi. Komandanın güclənməsinə ehtiyac olduğunu bilirdim. Ruavina və Almeydanın transferi ilə güclü futbolçular almaqla yanaşı, yaxşı seleksiya qrupumuzun olduğunu gördük. Almeydanı "Qarabağ"dan tanıyıram və oyununa bələdəm. O, komandanın liderlərindən biri idi. Riçard Azərbaycan millisinin üzvüdür. Klub prezidentimiz Sayan Həmidcanovun bu transferlərdə xidməti böyükdür. Təsəvvür edirəm ki, o, bu futbolçuları "Astana"ya keçməyə inandırmaq üçün hansı işlər görüb. Danışıqlar zamanı müsbət planda arqumentlər irəli sürmək, inadkarlıq və futbolçuların nümayəndələrini özünə bağlamaq bacarığı vacibdir. Bu transferlərdə rəqiblərimiz var idi. Çox şadam ki, klub rəhbərliyi avrokuboklara qədər heyətin gücləndirilməsində dair verdiyi sözü tutdu".

 

Qeyd edək ki, Roman Qriqorçukun son iş yeri "Qəbələ" olub. O, ötən mövsüm başa çatan kimi "Astana"ya keçdi. Riçard Almeyda isə 2012-ci ildən çıxış etdiyi "Qarabağ"la müqaviləsini uzatmadı və "Astana"Ya üz tutdu.

Xəbər xətti