"Qarabağ"ın yeni transferi: "Çempionlar Liqasında oynamağım üçün ən böyük şansdır"

12:07 - 5 İyul 2018

“Qarabağ”ın yeni transferi Hannes Halldorsson açıqlama verib. 

 

Sportal.az xəbər verir ki, 34 yaşlı qolkiper "Qarabağ"a transfer olmaqla düzgün addım atdığını deyib:

 

“Qarabağ”dan təklif gələndə ilk reaksiyam fərqli oldu. Çünki keçidim o qədər də inandırıcı deyildi.  Ancaq daha ətraflı tanışlıqdan, klubun özünü təqdim etməsindən sonra əmin oldum ki, “Qarabağ”a keçməklə düzgün addım atmışam”. 

 

İslandiya millisinin üzvü başqa təkliflərinin olduğunu, ancaq "Qarabağ"ı seçdiyini deyib: “Bir neçə təklifim var idi və qərar qəbul etməli idim. “Qarabağ”dan təklif alandan sonra klubda çıxış edən ispan və polşalı oyunçularla danışdım. Onlar klubla bağlı bütün lazımi məlumatları mənə verdilər. “Qarabağ” yüksək səviyyəli komandadır.  Burada hər şey peşəkar səviyyədə təşkil olunub.  Yeni komandamda hər şey fərqli olacaq. Çünki orada heç nəyə qənaət etmirlər”.

 

İllərin təcrübəsi “Qarabağ”a keçidinin səbəbini açıqlayıb: “Qarabağ” ardıcıl 5 dəfə ölkə çempionu olub.  Komanda oyunlarını 2 fərqli stadionda keçirir, hər il avrokuboklarda çıxış edir.  Yeni klubumun bu il də Avropanın bir nömrəli turnirində oynamaq imkanı var.  Mən öz arzularımın arxasınca getdim. Düşünürəm ki, bu, Çempionlar Liqasında oynamağım üçün ən böyük şansdır. Ötən mövsümlə müqayisədə bu mövsüm qrupa düşmək üçün daha çox oyun keçirməliyik. Bu, uzun yoldur.  İnanmaq lazımdır. İnanıram ki, ötən ilki uğuru təkrarlaya biləcəyik”.

 

Halldorsson “Qarabağ”dan təklif alanda bunu həyat yoldaşı ilə müzakirə etdiyini bildirib: “Həyat yoldaşımla bu barədə çox danışdıq və qərara aldıq ki, Azərbaycana getsək, hər şey yaxşı olacaq. Artıq Danimarka ilə vidalaşırıq. Orada yaxşı vaxt keçirdik. “Randers”də özümüzü yaxşı hiss edirdik. İndi isə Bakıya gedirik. Oranı öyrəndikdən sonra Bakının müasir və sərin şəhər olduğunu bildik. Bu barədə heç bir şikayətimiz yoxdur. Hər şey bizi qane edir. Komandadan bəzi futbolçularla danışıram. Orada hər şey yaxşıdır. Misal üçün, bütün legionerlər çoxdandır birlikdə oynayırlar. Heç kim getmək istəmir. Əgər kimsə qalmaq istəyirsə, heç yerə getmir. Klub və şəhər haqda kiminlə danışdımsa, hamısı yüksək fikirlər söylədi”.

Xəbər xətti