"Qarabağ"da daha bir legioner qapıçı?

10:43 - 10 İyul 2018

Hannes Halldorssonla Vaqner da Silvanı transfer edən "Qarabağ" daha bir qapıçını transfer etmək istədiyi haqda xəbər yayılıb.

 

Sportal.az xəbər verir ki, bu barədə İtaliyanın "Tuttomercado" nəşri məlumat yayıb. Məlumatda "Virtus Entella" ilə yollarını ayıran 27 yaşlı qapıçıya Ağdam klubunun təklif göndərdiyi qeyd edilib. "Parma"nın sabiq çərçivə qoruyucusuna Yunanıstanın "Olimpiakos" klubu da təklif ünvanlayıb.

 

Yakobuççinin "Olimpiakos"a keçəcəyi gözlənilir. Onun Ağdam klubuna transferi gözlənilmir.

 

Qeyd edək ki, azad agent statusu daşıyan qolkiper "Parma" və "Siena" kimi klublarda çıxış edib. O, İtaliyanın U-20 yığmasında da forma geyinib.

Xəbər xətti