Serbiyalı futbolçu "Sabah"la müqavilə imzaladı

00:34 - 18 İyul 2018

Premyer Liqa təmsilçisi “Sabah” daha bir transferini açıqlayıb.

 

Sportal.az xəbər verir ki, paytaxt klubu serbiyalı müdafiəçi Filip İvanoviçlə 3 illik müqavilə bağlayıb. O, komandada 13 nömrəli formada çıxış edəcək.

 

26 yaşlı futbolçu karyerası ərzində Serbiyanın “Hayduk”, “Zvezdara”, “Lokomotiva”, “Bezaniya”, “Petrovaç”, “İndjiya” klublarında top qovub. Onun son çıxış etdiyi komanda “Radnik” (Serbiya) olub.

Xəbər xətti