"Liverpul" qapıçısını satdı

00:42 - 22 İyul 2018

İngiltərənin “Lester Siti" klubu yeni qapıçı alıb.

 

Sportal.az xəbər verir ki, "tülkülər" "Liverpul"un çərçivə qoruyucusu Denni Uordu transfer edib. Uelsli qapıçının transferi 14 milyon avroya başa gəlib.

 

Qeyd edək ki, 25 yaşlı qapıçı 2012-ci ildə "Liverpul"a transfer edilmişdi. O, "qırmızılar"da 2 oyun keçirib və 3 dəfə icarəyə verilib.

Xəbər xətti