"Kukesi"nin futbolçusu: "Mərhələ adlamaq üçün əlimizdən gələni edəcəyik"

“Çempionlar Liqasında mərhələ adlamaq əla nəticə oldu. “Valletta”nı keçmək çətin idi. Çünki rəqib pis çıxış etmədi. Yolumuza davam etdiyimiz üçün özümüzü xoşbəxt hiss edirik”.

 

Sportal.az xəbər verir ki, bu sözləri Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində “Qarabağ”ın rəqibi olan “Kukesi” klubunun futblçusu Simon Rumbullaku deyib. 

 

O, “Qarabağ”la qarşılaşmalarda şanslarını dəyərləndirib.  26 yaşlı müdafiəçi oyunlara ciddi hazırlaşacaqlarını bildirib: “Düzünü demək lazımdısa, “Qarabağ” kimi yüksək səviyyəli komanda ilə qarşılaşmaq daha yaxşıdr. “Qarabağ” Avropanın tanınmış klublarındandır.  Belə rəqibə qarşı psixoloji cəhətdən daha yaxşı hazırlaşa bilərsən. “Valletta” bizə rəqib olanda, onları asanlıqla keçəcəyimizi düşünürdük. Anca belə olmadı”.

 

Rumbullaku mərhələ keçmək üçün əllərindən gələni edəcəklərini açıqlayıb: “Bizi çox ağır iki qarşılaşma gözləyir.  Çünki “Qarabağ” çox güclü komandadır. Buna baxmayaraq, mərhələ adlamaq üçün əlimizdən gələni edəcəyik”.

 

Qeyd edək ki, tərəflər arasında ilk oyun iyulun 25-də Albaniyada, cavab qarşılaşması isə bir həftə sonra  ölkəmizdə keçiriləcək.

Tarix: 23 İyul [13:47]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Dekabr 2018
18  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio