“Sumqayıt”ın son sınağı

15:27 - 28 İyul 2018

2018/2019 futbol mövsümünə hazırlaşan "Sumqayıt" hazırlığın 2-ci mərhələsi üçün yollandığı Boluda son yoxlama matçına çıxacaq.

 

Sportal.az xəbər verir ki, “kimyaçılar” bu gün Türkiyənin 1-ci liqa təmsilçisi "Girəsunspor"la üz-üzə gələcək.

 

Qarşılaşma Topuk Yaylası İdman Kompleksinin stadionunda keçiriləcək və saat 17:00 start götürəcək.

Xəbər xətti