Premyer Liqa klubları yoxlama görüşü keçirəcəklər

11:51 - 2 Avqust 2018

“Sabah” növbəti mövsümə hazırlığı davam etdirir.

 

Sportal.az xəbər verir ki, Türkiyənin Bolu şəhərində keçirilən təlim-məşq toplanışından qayıtdıqdan sonra iki günlük istirahətə buraxılan komanda ötən gün məşqləri bərpa edib.

 

“Sabah” Premyer Liqanın digər təmsilçisi "Səbail"lə yoxlama görüşü keçirəcək. Matç avqustun 5-də baş tutacaq. Oyunun saatı və məkanı açıqlanmayıb.

Xəbər xətti