Qazaxıstanda Almeyda - Reynaldo dueli VİDEO

00:56 - 5 Avqust 2018

Qazaxıstan çempionatında 21-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, "Qəbələ"nin ukraynalı sabiq baş məşqçisi Roman Qriqorçukun çalışdırdığı, Azərbaycan yığmasının üzvü Riçard Almeydanın şərəfini qoruduğu “Astana” səfərdə “Aktobe” ilə qarşılaşıb və bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.

 

Almeyda start heyətdə meydana çıxıb və yenə sonadək oynayıb. "Aktobe"nin heyətində "Qarabağ"ın digər sabiq futbolçusu Reynaldo da çıxış edib. O, 46-cı dəqiqədə oyuna daxil olub.

 

"Astana" 54 xalla çempionatın vahid lideridir. "Aktobe" isə 25 xalla 6-cıdır.

 

Xəbər xətti