"Qarabağ"ın futbolçusu üçün yeni baş məşqçi

18:54 - 8 Avqust 2018

"Qarabağ"ın qapıçısı Hannes Halldorssonun şərəfini qoruduğu İslandiya millisinin yeni baş məşqçisi bəlli olub.

 

Sportal.az xəbər verir ki, komandanın "sükanı arxasına" Erik Hamren keçib. 61 yaşlı mütəxəssis bu vəzifədə Heymir Hadlqrimssonu əvəz edib.

 

Hamren son olaraq, İsveç millisini çalışdırıb (2009-2016). İsveçli mütəxəssis 2008-2010-cu illərdə Norveçin "Rusenborq" klubunun baş məşqçisi olub. Hamrenin rəhbərliyi altında "Rusneborq" 9 il öncə Avropa Liqasında "Qarabağ"a gözlənilmədən uduzaraq, (0:0 / 0:1) mübarizəni dayandırmışdı. Həmin qələbə Qurban Qurbanovun "Qarabağ"la avrokuboklarda ilk qalibiyyəti kimi tarixə düşüb.

Xəbər xətti