"Qəbələ"nin çempionatda oynamayacağı dəqiqləşdi

18:56 - 9 Avqust 2018

"Qəbələ" klubunun əvəzedici komandası 1-ci divizionda iştirak etməyəcək.

 

Sportal.az xəbər verir ki, "qırmızı-qaralar" yarışda çıxış etməyi əlavə maliyyə itkisi kimi qiymətləndirib və əvəzedicilərinin 1-ci divizionda iştirakından imtina edib.

 

I Divizionda bu komandalar mübarizə aparacaqlar: "Kəpəz”, "Qaradağ Lökbatan”, "Şüvəlan”, MOİK, "Turan Tovuz”, "Ağsu”, "Zaqatala”, "Səbail” -2, "Zirə -2", "Qarabağ -2", "Keşlə -2", "Sumqayıt - 2”, "Neftçi - 2” və "Sabah -2”.

 

Xəbər xətti