Ramil Şeydayev Rusiya klubu ilə danışıqlara başladı

10:55 - 10 Avqust 2018

"Trabzonspor"dan ayrılan Ramil Şeydayev Rusiyada oynaya bilər.

 

Sportal.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. 22 yaşlı hücumçu Premyer Liqa təmsilçisi "Krılya Sovetov"la danışıqla aparır. Əgər tərəflər razılığa gəlsələr, transfer rəsmiləşəcək.

 

Qeyd edəl ki, Şeydayev "Zenit"in yetirməsidir. Millimizin üzvü "Rubin"də də icarə əsasında çıxış edib. 2016-cı ildə "Trabzonspor"a transfer olan forvard "Jilina" və "Qarabağ"da icarə əsasında oynayıb.

Xəbər xətti