"Çelsi"nin futbolçusu "Milan"a keçdi

16:09 - 13 Avqust 2018

"Milan" növbəti futbolçunu heyətinə cəlb edib.

 

Sportal.az xəbər verir ki, "qırmızı-qaralar" "Çelsi"nin yarımmüdafiəçisi Temue Bakayokonu icarəyə götürüblər. Fransa millisinin üzvü "Milan"da bir il çıxış edəcək. Müqvilənin şərtlərində 30 milyon avroluq satın alma şərti də yer alıb.

 

Qeyd edək ki, "Çelsi" 23 yaşlı futbolçunu ötən il "Monako"dan 45 milyon avroya almışdı.

Xəbər xətti