Qurban Qurbanov: "Bu anlaşmamız lazımı səviyyədə deyil"

23:27 - 14 Avqust 2018

Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab matçında "Qarabağ" səfərdə BATE ilə 1:1 hesablı heç-heçə edib. İlk oyunda 0:1 hesabıyla uduzan Ağdam təmsilçisi mübarizəni dayandırıb.

 

Sportal.az xəbər verir ki, oyundan sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov fikirlərini bölüşüb:

 

- BATE-ni təbrik edirəm. Hər iki oyunda rəqibimiz nizamlı çıxış etdi. Buna baxmayaraq, biz də yaxşı idik. Mən yetirmələrimdən razı qaldım. Artıq bu oyunlar keçmişdə qaldı. Artıq nə edə bilərik? Avropa Liqasına hazırlaşacağıq. 

 

- Hakimlər mübahisəli qərarlar verdilər. Bu barədə nə deyə bilərsiz?
- Yenə deyirəm, bu oyun artıq keçmişdə qaldı. Mən hakimlər barədə danışmağı sevmirəm.

 

- BATE hər iki qolu müdafiəçilərinizin səhvindən vurdu.
- Qollar adətən səhvlərdən vurulur. Heyətdə yeni oyunçular var və buna görə də xəttlərarası anlaşmada problemlər yaşanır. Bu anlaşmamız lazımı səviyyədə deyil.

Xəbər xətti