Lopeteqi: "Atletiko" səhvlərimizdən bizi cəzalandırdı"

11:21 - 16 Avqust 2018

"Fiziki cəhətdən problemimiz yaşanmadı. Amma tez-tez top itkilərimiz oldu. Topla oynamaqda çətinlik çəkdik. "Atletiko" səhvlərimizdən bizi cəzalandırdı. Risqli qərarlar verdik".

 

Sportal.az xəbər verir ki, bu sözləri "Real"ın baş məşqçisi Julen Lopeteqi UEFA Super Kubokunda "Atletiko"ya 2:4 hesabı ilə uduzduqları oyundan sonra verdiyi açıqlamada deyib. İspan mütəxəssis "Atletiko"nun layiqli qələbə qazandığını deyib:

 

"Rəqib haqlı qələbə qazandı. Səhvlərimizdən dərs çıxarmalıyıq. Bu məğlubiyyətin transfer siyasətimizə təsir edəcəyini düşünmürəm. Hədəfimiz La Liqaya yaxşı start vermək olacaq".

Xəbər xətti