Kroos tənqid etdi, Verner tərəfini saxladı - Məsut Özilin

17:08 - 16 Avqust 2018

Məsut Özilin Almaniya millisindəki karyerasını başa vurması söz-söhbətə səbəb oldu.

 

Sportal.az xəbər verir ki, yığmanın futbolçusu Timo Verner Özilin bu şəkildə yolan salınmasının düzgün olmadığını deyib: "Məsut Almaniya millisi üçün çox şey etmişdi. DÇ-2014-ü Almaniya qazananda Özil yüksək səviyyədə çıxış etmişdi. Onun bu şəkildə millidən getməsi üzücüdür. Məncə, federasiya rəhbərliyi Özillə yenidən görüşməlidir. Əgər milliyə qayıtsa, buna çox sevinərəm. O, fərq yaradan oyunçudur və böyük hörmətə layiqdir".

 

Almaniya millisinin liderlərindən biri olan və Özillə çiyin-çiyinə bir çox matçlarda meydana çıxan Toni Kroos da Türkiyə əsilli futbolçunun gedişi haqda danışıb:

 

"Uzun illər Məsutla birgə oynamışam. O, çox yaxşı oğlandır və millidən daha gözəl şəkildə ayrılmağa layiq biri idi. Vidalaşması düzgün olmadı. Verdiyi açıqlamadakı yersiz ittihamlar təəssüf ki, haqlı olduğu nöqtələri kölgəyə saldı. Məncə, Özil özü də çox gözəl bilir ki, milli komandanın daxilində və federasiyada irqçilik yoxdur. Əslində, tam fərqlidir, millidə bir çox başqa kökdən olan futbolçular yer alıb. Məsut Özildən də başqa belə oyunçular var".

 

Qeyd edək ki, Məsut Özil dünya çempionatından sonra irqçiliyi əsas gətirərək, millidən getmişdi.

Xəbər xətti