Litva çempionatında 22-ci turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçular – Kamran Quliyevlə Tural Rzayevin formasını geyindiyi “Yonava” doğma meydanda “Palanqa” ilə qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 3:1.
Kamran bu oyunu sonadək ehtiyat oyunçular skamyasından izləyib. Tural isə bu görüşün iştirakçısı olub. Rzayev start heyətdə meydana çıxıb və 60-cı dəqiqədə əvəzlənib.
Qeyd edək ki, “Yonava” 17 xalla turnir cədvəlində sonuncu - 8-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi