Fərid Nəbiyev Çexiyada növbəti qolunu vurdu

18:07 - 19 Avqust 2018

Çexiya Gənclər Liqasında 5-ci turun görüşləri keçirilib. 

 

Sportal.az xəbər verir ki, milli komandamızın üzvü Fərid Nəbiyevin çıxış etdiyi “Slaviya”nın 21 yaşadək futbolçulardan ibarət komandası səfərdə “Radeç Kralove” ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. 

 

Fərid “Slaviya”nın yeganə qolunu vurub. 2-cü dəqiqədə hesabı açan Praqa təmsilçisi üstünlüyünü qorumağı bacarmayıb.

 

Qeyd edək ki, “Qəbələ” Futbol Akademiyasının yetirməsi olan 19 yaşlı futbolçu cari mövsümdə 4 qol vurub və 3 məhsuldar ötürmə edib.

Xəbər xətti