Nicat Qurbanovdan yubiley qolu

“Sumqayıt” Topaz Premyer Liqasının 2018/19 mövsümünün iki ilkinə imza atıb.

 

Sportal.az xəbər verir ki, II turda “Sabah”la qarşılaşan Nazim Süleymanovun komandası ilk əzmkar qələbənin müəllifi olub. 4 qol vuraraq qalib gələn sumqayıtlılar həm də səfərdə böyükhesablı qələbə əldə edib. Cari mövsümün əvvəlki görüşlərində heç bir komanda rəqib meydanında 3 və ya daha çox top fərqilə qalib gəlməmişdi.

 

Bu nəticə həm də “Sabah”ın debüt mövsümünü keçirdiyi Premyer Liqada ilk böyükhesablı məğlubiyyətidir. Sumqayıtın eyniadlı təmsilçisi isə yubiley – 5-ci belə qələbəsini bayram edib.

 

Bundan əlavə, “Sumqayıt” səfərdə 100-cü qoluna imza atıb. “Əlincə Arena”dakı oyunadək ölkə çempionatının yüksək dəstəsində keçirdiyi 112 qarşılaşmada 99 dəfə sevinən “Gənclik şəhəri” təmsilçisinin yubiley qoluna Nicat Qurbanov imza atıb. 19-cu dəqiqədə hesabı bərabərləşdirən futbolçu klub tarixinə 100-cü səfər qolunun müəllifi kimi düşüb.

Tarix: 20 Avqust [11:54]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
17 Noyabr 2018
16  Noyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio