Məşhur futbolçu Rumıniya klubunda

12:17 - 20 Avqust 2018

Braziliya millisinin sabiq üzvü Julio Baptista karyerasını yenidən Avropada davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, 36 yaşlı hücumçu Rumıniyada davam etdirəcək. Baptista "ÇFR Kluj"la 1 illik müqavilə imzalayıb.

 

Baptistanın son klubu "Orlando Siti" olub.  O, 2017-ci ilin yanvarında ABŞ klubundan ayrılıb.

 

Qeyd edək ki, braziliyalı futbolçu "Sevilya", "Real", "Arsenal", "Roma" və "Malaqa" kimi klublarda çıxış edib.

Xəbər xətti