"Qarabağ"a keçən futbolçuya görə ziyana düşdülər

Türkiyədə transfer pəncərəsinin bağlanmasına az qalmış "Bursaspor"un əldə etdiyi gəlir bəlli olub.

 

Sportal.az xəbər verir ki, Bursa təmsilçisi 4,7 milyon avro gəlir əldə edib. Super Liqa klubu  2017-ci ilin yayında "Admira Vakker"dən 400 min avroya aldığı Con Delarjı ucuz qiymətə satıb. Azərbaycan  çempionu "Qarabağ" "yaşıl timsahlar"ın 28 yaşlı konqolu forvardını 170 min avroya alıb. Bu isə Türkiyə klubunu 230 min avro ziyana salıb. Bursalılar digər transferlərdən qazanc götürüb.

 

Super Liqa klubu U-21 millimizin üzvü Ozan Can Kökcünü I Liqa təmsilçisi "Giresunspor"a keçməsinə mane olmayıb. Aşağı liqa klubu ilə 3 illik müqavilə imzalayan vingeri sözləşməsinə əsasən, "Bursaspor" gənc oyunçunu istədiyi vaxt heyətinə qaytara bilər.

Tarix: 21 Avqust [13:59]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
17 Fevral 2019
16  Fevral 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio