"Şerif"in baş məşqçisi: "Çalışacağıq ki, ilk oyunda qrupa düşmək üçün sərf edən nəticə qazanaq"

18:36 - 22 Avqust 2018

Avropa Liqasının pley-off mərhələsində sabah Moldovanın "Şerif" klubu Azərbaycanı turnirdə təmsil edən "Qarabağ"ı qəbul edəcək.

 

Sportal.az xəbər verir ki, oyundan öncə Tiraspol təmsilçisinin baş məşqçisi Qoran Sabliç mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

- Biz çox gözəl bilirik ki, rəqibimiz güclü və topla yaxşı rəftar edən komandadır. Rəqibimiz özünü ötən mövsüm avrokuboklarda parlaq şəkildə nümayiş etdirdi. Ona görə də bizə çətin olacaq. Digər tərəfdə, bizdə hər şey normaldır, zədəlimiz yoxdur. Bu gün futbolçuların son durumuna baxacağıq və yükun heyəti müəyyən edəcəyik. Start heyəti açıqlaya bilmərəm.

 

- Komandada əhval-ruhiyyə necədir?

- 2 gün əvvəl çempionatda "Milsami" üzərində qələbə bizə yaxşı ruh verib. Düzdür, sabah avrokubok matçı keçirəcəyik. Meydana yaxşı nəticə üçün çıxacağıq. "Qarabağ"da sürətli və topla yaxşı oynayan texnikalı futbolçular var. Belə görünür ki, "Qarabağ"da yüksək səviyyəli oyun strukturu var. Ancaq rəqibimizin də zəif tərəfləri var. Çalışacağıq ki, bu məqamlardan istifadə edib, özümüzə sərf edən nəticəni qazanaq. Qarşımıza Avropa Liqasının qrupuna düşmək məqsədi qoymuşuq. Bunun üçün bütün keyfiyyətlərə sahibik.

 

- "Qarabağ" "Şerif" üçün necə rəqibdir?

- Əks-hücumda oynayan komandalar var. "Qarabağ" kimi komandalaraq qarşı oynamaq bizim üçün asandır. Əks-hücumlarda fürsət axtaracağıq. Meydana iki fərqli futbol fəlsəfəsi nümayiş etdirən komanda çıxacaq. Fikrimcə, azarkeşlərin dəstəyi bizə kömək edəcək. İstəyirəm ki, cavab oyunundan öncə qrup mərhələsinə düşmək üçün sərf edən nəticəni qazanaq. Doğma meydan amilindən yararlanmalıyıq.

Xəbər xətti