"Qarabağ" "Şerif"ə məğlub oldu YENİLƏNİB

22:50 - 23 Avqust 2018

Bu gün Avropa Liqasının pley-off mərhələsinə start veriləcək.

 

Sportal.az xəbər verir ki, turnirdəki yeganə təmsilçimiz "Qarabağ" səfərdə Moldovanın "Şerif" klubunun qonağı olacaq. 

 

Tiraspol təmsilçisi də Ağdam klubu kimi mübarizəyə Çempionlar Liqasından başlayıb. “Qarabağ” 3-cü, "Şerif" isə 2-ci təsnifat mərhələsində uduzaraq, Avropa Liqasına düşüb.

 

Xatırladaq ki, ötən mövsüm Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ” bu rəqibini mübarizədən kənarlaşdırıb. Bakıda qolsuz heç-heçə edən komandaların Tiraspoldakı duelində "Qarabağ" 2:1 hesablı qələbə qazanıb. 

 

23 avqust

Avropa Liqası

Pley-off mərhələsinin ilk oyunu

 

21:00. "Şerif" (Moldova) - "Qarabağ" (Azərbaycan) - 1:0

Qol: Rifet Kapiç, 8

Baş hakim: Harald Lexner

Yan xətt hakimləri: Andreas Heydenreix, Maksimilian Kolbitş

Dördüncü hakim: Yulian Vaynberqer (hamısı Avstriya)

Hakim-inspektor: Vladimir Petrov (Ukrayna)

UEFA nümayəndəsi: Teyvo Holapaynen (Finlandiya)

Tiraspol, "Şerif stadium".

 

"Şerif": 33. Sergey Paşçenko, 9. Jo Santos, 15. Kristiano 18. Georgi Anton, 23. Vladimir Kovaçeviç, 39. Ziqi Badibanqa, 55. Mateo Suşiç (k), 77. Yuri Kendış, 88. Rifet Kapiç, 90. Vyaçeslav Posmak, 97. Aleksandru Boyçuk

 

Ehtiyat oyunçular: 21. Çebotar, 4. Raku, 7. Rodriqes, 14. Balima, 19. Paliç, 35. Kulişiç, 45. Kamara

 

Baş məşqçi: Qoran Sabliç 

 

"Qarabağ": 13. Vaqner, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Simeon Slavçev,  8. Miçel, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov (k), 19. Filip Ozobiç, 28. Con Delarj, 55. Bədavi Hüseynov, 77. Donald Gerrye

 

Ehtiyat oyunçular:  12. Şahrudin Məhəmmədəliyev, 4. Rahil Məmmədov, 17. Abdullah Zubir, 25. Ansi Aqolli, 30. Abbas Hüseynov, 52. Yakub Jezniçak, 91. Coşqun Diniyev

 

Baş məşqçi: Qurban Qurbanov

Xəbər xətti