Moldova millisinin üzvü rəsmən "Səbail"də

11:04 - 23 Avqust 2018

Ötən mövsümün ikinci yarısını icarə əsasında “Səbail”də keçirmiş Yevgeni Koçuk yenidən Azərbaycana qayıdıb.

 

Sportal.az xəbər verir ki, Slovakiyanın “Jilina” klubu ilə müqaviləsini pozan 25 yaşlı futbolçu azad agent statusunda “Səbail”ə keçib. Tərəflər arasında bir illik müqavilə imzalanıb.

 

Moldova millisinin üzvü ötən mövsüm "Səbail"də ilin ən yaxşı futbolçusu seçilib.

Xəbər xətti