Tural Rzayev oynadı, komandası 1 xal qazandı

12:12 - 23 Avqust 2018

Litva çempionatında 23-cü turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçular – Kamran Quliyevlə Tural Rzayevin formasını geyindiyi “Yonava” səfərdə “Atlantas” ilə qarşılaşıb və bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.

 

Kamran bu oyunu sonadək ehtiyat oyunçular skamyasından izləyib. Tural Rzayev start heyətdə meydana çıxıb və 67-cı dəqiqədə əvəzlənib. O, 35-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

 

Qeyd edək ki, “Yonava” 18 xalla turnir cədvəlində sonuncu - 8-ci pillədə qərarlaşıb.

Xəbər xətti