Türkiyə klubu çexiyalı hücumçunu göndərdi

18:53 - 27 Avqust 2018

Türkiyənin "Bursaspor" klubunda ayrılıq baş verib.

 

Sportal.az xəbər verir ki, Super Liqa təmsilçisi hücumçusu Tomaş Netsidlə yolları ayırıb. Çexiya millisinin üzvüylə müqavilə qarşılıqlı razılaşma əsasında pozulub.

 

Qeyd edək ki, 29 yaşlı forvard 2015-ci ildən "Bursaspor"da çıxış edirdi. Praqa "Slaviya"sının yetirməsi ÇSKA, PAOK, "Legiya" kimi klublarda çıxış edib.

Xəbər xətti