Ramil Şeydayev ehtiyatda qaldı

00:19 - 28 Avqust 2018

Rusiya Premyer Liqasında 5-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayevin formasını geyindiyi “Krılya Sovetov” səfərdə “Yenisey”lə üz-üzə gəlib və bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.

 

Ramil bu görüşün iştirakçısı olmayıb. Bu komandada çıxış edən digər azərbaycanlı futbolçu Azər Əliyev kimi, Şeydayev də sonadək ehtiyatda qalıb.

 

“Krılya Sovetov” 5 turdan sonra 4 xalla 16 iştirakçı arasında 15-ci pillədə qərarlaşıb.

Xəbər xətti