"Şerif" Bakıya gəldi

13:29 - 29 Avqust 2018

Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində "Qarabağ"ın qonağı olacaq "Şerif" klubu Azərbaycana gəlib.  

 

Sportal.az xəbər verir ki, Tiraspol təmsilçisi bu gün səhər saatlarında Bakıya çatıb. "Şerif" Kişinyov - Bakı səfərini həyata keçirəcək çarter reysi tapa bilməyib. Klub Bakıya "Türk Hava Yolları"nın Kişinyov-İstanbul-Bakı tranzit reysi ilə səfərini yekunlaşdırıb.

 

Moldova təmsilçisi Bakıdakı "Bulvar" otelində məskunlaşıb. Komanda bu gün axşam saatlarında Tofiq Bəhramov adın Respublika Stadionundan son məşqini edəcək. 

 

Qeyd edək ki, tərəflər arasındq baş tutan ilk oyunda "Şerif" 1:0 hesablı qələbə qazanıb.

Xəbər xətti