"Qarabağ" 2400 manat cərimə edildi

14:14 - 29 Avqust 2018

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

 

Sportal.az xəbər verir ki, yığıncaqda Topaz Premyer Liqasının III turunda qeydə alınan qayda pozuntuları ilə bağlı müzakirələr aparılıb. 

 

Azərbaycan çempionu "Qarabağ" azarkeşlərinə görə cəzalanıb. "Neftçi" ilə oyunun 66-cı dəqiqəsində İnnosent Emeqaranın vurduğu bərabərlik qolundan sonra klubun azarkeşləri meydançaya kənar əşyalar atıblar. Klub buna görə 1600 manat cərimə olunub.  

 

Oyunun 70-ci dəqiqəsində “Qarabağ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimə olunub. 

Xəbər xətti