Dadaşov oynadı, komandası evdə uduzdu

11:55 - 2 Sentyabr 2018

Almaniya 3-cü Liqasında 6-cı turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı hücumçu Rüfət Dadaşovun formasını geyindiyi “Proyssen” doğma meydanda “Uerdingen”lə qarşılaşıb və 0:1 hesabı ilə məğlub olub.

 

Rüfət start heyətdə meydana çıxıb və 65-ci dəqiqədə əvəzlənib.

 

Dadaşovun komandası 6 turdan sonra 9 xalla 8-ci pillədə qərarlaşıb.

Xəbər xətti