Mario Balotelli çəkisi ilə hamını şoka saldı

Transfer dönəmində komandasını dəyişməyən və "Nitsa"da qalan Mario Balotelli üçün sürpriz iddia ortaya atılıb.

 

Sportal.az xəbər verir ki, İtaliya millisinin baş məşqçisi Roberto Mançini tərəfindən yığmaya dəvət alan, lakin Polşa ilə yoxlama görüşündə bərbad oyun nümayiş etdirən hücumçunun artıq çəkisi olduğu bildirildi. Fransa mətbuatının məlumatına görə, yayda komanda yoldaşlarından 2 həftə çox istirahət edən hücumçunun çəkisi 100 kq olub. Onun normal çəkisi isə 88 kq olmalıdır.

 

Qeyd edək ki, 28 yaşlı hücumçunun "Nitsa" ilə müqaviləsi mövsümün sonunda başa çatacaq.

Tarix: 12 Sentyabr [12:54]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
17 Noyabr 2018
16  Noyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio