Sabiq "Qalatasaray"lı Almaniya klubunda

17:15 - 12 Sentyabr 2018

"Qalatasaray"ın sabiq futbolçusu Linkolnun yeni iş yeri bəlli olub.

 

Sportal.az xəbər verir ki, 39 yaşlı veteran futbolçu Almaniyanın "Leyptsiq" klubunun skaut heyətinə daxil edilib. O, Bundesliqa təmsilçisi üçün Cənubi Amerikada futbolçu axtaracaq.

 

Braziliyalı sabiq yarımmüdafiəçi futbol oynadığı dönəmlərdə "Leyptsiq"in hazırki baş məşqçisi Ralf Ranqniklə "Şalke" və "Kayzerslautern"də birgə çalışıb.

 

Qeyd edək ki, Linkoln "Şalke", "Kayzerslautern", "Palmeyras", "Qalatasaray", "Koritiba" kimi klublarda çıxış edib.

Xəbər xətti