Ronaldo "Yuventus"a qələbə qazandırdı VİDEO

19:14 - 16 Sentyabr 2018

İtaliya A Seriyasında 4-cü turun görüşləri keçirilir.

 

Sportal.az xəbər verir ki, "Yuventus" evdə "Sassuolo" ilə qarşılaşıb. Oyun meydan sahiblərinin 2-1 hesablı qələbəsi ilə başa çatıb. "Qoca sinyora"nın hər iki qoluna Kriştian Ronaldo imza atıb. Portuqaliyalı ulduz "Yuventus"da ilk qolunu vurmağa müvəffəq olub.

 

A Seriyasında turnir cədvəlinə 12 xalla "Yuventus" başçılıq edir. 9 xalı olan "Napoli" 2-cidir.

 

"Yuventus" 2 - 1 "Sassuolo"

Qollar: Kriştiano Ronaldo, 50, 65 - Babakar, 90+1

Qırmızı vərəqə: Duqlas Kosta, 90+3 ("Yuventus")

 

Xəbər xətti