Filip Ozobiç: "Yaxşı oyun göstərmək niyyətimiz var"

00:06 - 20 Sentyabr 2018

"Sportinq" yaxşı komandadır. Düşünürəm ki, məşqçi bizə rəqibin yaxşı və pis tərəflərini göstərib. Məşqçimizin dediklərinə əməl edə bilsək, yaxşı nəticə əldə edə bilərik".

 

Sportal.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın futbolçusu Filip Ozobiç Avropa Liqasının qrup mərhələsinin ilk turunda səfərdə "Sportinq"ə qarşı keçirəcəkləri matçdan öncə deyib.  

 

O, son qədər mübarizə aparacaqlarını bildirib: "Güclü komandaya qarşı oynayacağımızı bilirik. Son ana qədər döyüşəcəyik. Yaxşı oyun göstərmək niyyətimiz var. Bakıya yaxşı nəticə ilə qayıtmaq əla olacaq". 

 

Xorvatiyalı futbolçu komanda üçün əlindən gələnin ən yaxşısını edəcəyinə çalışdığını sözlərinə əalvə edib: "Almeyda çox yaxşı futbolçudur, onun çıxışı, oyun tərzi xoşuma gəlir. Ancaq onun tərzi mənim tərzimlə eyni deyil. Məşqlərdə daha çox çalışıram. Ümid edirəm ki, komandam üçün əlimdən gələnin ən yaxşını edəcəyik".

Xəbər xətti