"Məncə, istədiyimiz oyunu sərgiləmədik. Çünki "Sportinq" işimizi çətinləşdirdi. Hesabın açılmasında Luiş Nani böyük iş gördü. Əla keçid etdi, ötürməsini qolla tamamladılar. İkinci qol isə öz səhvimizdən oldu".
Sportal.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın qolkiperi Vaqner Silva deyib.
Ağdam təmsilçisi Avropa Liqasının qrup mərhələsinin ilk turunda səfərdə “Sportinq”lə üz-üzə gəlib. Görüş Lissabon təmsilçisinin qələbəsi ilə başa çatıb - 2:0.
Oyundan sonra braziliyalı qolkiper fikirlərini bildirib. 32 yaşlı qapıçı "Arsenal"la oyun barədə düşünəcəklərini deyib: "3 xal itirdik. Bu dəfə evimizdə oynayacağıq. "Arsenal"la matçı düşünməliyik".
"Eştoril" və "Boavişta"da çıxış etmiş Vaqner Bu dəfə Portuqaliyaya rəqib kimi dönən Vaqner hisslərini bölüşüb: "Portuqaliya mənim evimdir. Burda olduğum üçün çox xoşbəxtəm. Məni yenidən xoş qarşıladılar. Qızım bu ölkədə dünyaya göz açıb. Gələcəkdə Portuqaliyaya geri dönməyi ümid edirəm".
saytlarin hazirlanmasi