"Yuventus" və Portuqaliya yığmasının ulduz futbolçusu Kriştiano Ronaldo vergidən yayınmada ittiham edildiyi üçün İspaniyada məhkəmə önünə çıxıb.
Sportal.az "The Sun"a istinadən xəbər verir ki, Ronaldo İspaniya vergi rəsmiləri ilə razılıq əldə edib. O ödəmədiyi 13 milyon funt-sterlinqin cəriməsini ödəməyə hazır olub. 23 aylıq həbs cəzası ilə üz-üzə qalan portuqaliyalı 16,6 milyon funt-sterliq ödəməyə razı olub. Onun həbs cəzası şərti olacaq.
Portuqaliyalı superulduz Madrid məhkəməsinə xanımı Corcina Rodriqeslə gəlib. Qara paltar və CR7 markalı eynəklə kameralara gülümsəyən 33 yaşlı futbolçu hər şeyin yaxşı olduğunu qeyd edib.
saytlarin hazirlanmasi