Məşhur italiyalı baş məşqçi Marçelo Lippi Çin millisindən ayrılıb.
Sportal.az xəbər verir ki, illik maaşı 23 milyon olan 70 yaşlı mütəxəssis Asiya kubokunun 1/4 final mərhələsində İrana 0:3 hesabı ilə uduzduqları oyundan sonra bu barədə məlumat verib: "Bu qərarı daha öncə də vermişdim. Federasiya ilə müqaviləm başa çatıb. Bu komandada işləmək şərəf idi".
Qeyd edək ki, Lippi Çin millisini 2016-cı ildən çalışdırırdı.
saytlarin hazirlanmasi