Xorvatiyada millimizlə oyundan öncə daha bir itki

00:33 - 29 Yanvar 2019

AVRO-2020-nin seçmə mərhələsində ilk oyununu evdə Azərbaycan yığmasına qarşı keçirəcək Xorvatiya millisi itkiylə üzləşib.

 

Sportal.az xəbər verir ki, komandanın sağ cinah müdafiəçisi Şime Vrsalko sıradan şıxıb.

 

Dizindəki zədəyə görə əməliyyat olunacaq futbolçu təxminən 6-8 ay yaşıl meydanlardan kənar qalacaq. Bu isə "İnter"in oyunçusunun martın 21-də keçiriləcək qarşılaşmanı buraxacağı deməkdi.

 

Xorvatiya millisinin daha bir müdafiəçisi - "Liverpul"lu Deyan Lovren isə cəza səbəbindən millimizə qarşı oynamayacaq.

Xəbər xətti