Qazaxıstan millisinin sabiq baş məşqçisi Yevgeni Yarovenko prosport.kz saytına açıqlama verib.
Sportal.az xəbər verir ki, 55 yaşlı mütəxəssis Stanimir Stoilovun gedişindən sonra Qazaxıstan yığmasına çexiyalı çalışdırıcı Mixal Belekin gətirilməsinə münasibət bildirib: “Talqat Baysufinov təyinatı göstərdi ki, yerli mütəxəssislə də nəticə qazanmaq mümkündür. Sadəcə, onlara potensiallarını göstərmək üçün zaman verilməlidir. Bir il ərzində nəsə etmək çətin məsələdir. Bu, təkcə Qazaxıstan və Ukraynaya yox, Rusiya, Azərbaycan və Gürcüstana da aiddir. Milli komandanın baş məşqçi postuna yerli mütəxəssislər gətirilməlidir”.
saytlarin hazirlanmasi