Bu gün İtaliyanın paytaxtı Romada UEFA-nın 43-cü növbəti Konqresi keçiriləcək.
Sportal.az xəbər verir ki, qurumun prezidenti vəzifəsində olan Aleksandr Çeferin işinə davam edəcək. Səsvermədən sonra o, UEFA-nın prezidenti vəzifəsində qalıb. Çeferin 2023-cü ilə qədər UEFA-nın prezidenti olacaq.
Qeyd edək ki, sloveniyalı futbol funksioneri vahid namizəd olub. UEFA-ya daxil olan bütün assosiasiyalar Çeferinə səs verib.
saytlarin hazirlanmasi