Misir Futbol Federasiyası Salaha istirahət verdi

00:49 - 8 Fevral 2019

"Liverpul"un  futbolçusu Məhəmməd Salah mart ayında Misir millisinə çağırılmayacaq.

 

Sportal.az xəbər verir ki, Misir Futbol Federasiyası 26 yaşlı yarımmüdafiəçiyə istirahət vermək üçün bu addımı atıb. 26 yaşlı hücumçu Afrika Millətlər Kubokunun seçmə mərhələsində martda keçiriləck  Nigeriya (22 mart) və Nigerlə (26 mart) oyunlarda çıxış etməyəcək.

 

Qeyd edək ki, Misir yığması turnirin final mərhələsinə vəsiqəni vaxtından əvvəl təmin edib.

Xəbər xətti