Fransanın "Nant" klubundan İngiltərə Premyer Liqa təmsilçisi "Kardiff Siti"yə transfer olunan Emiliano Salanı Böyük Britaniyaya aparan təyyarə La-Manş (İngilis kanalı) boğazında yoxa çıxmışdı.
Sportal.az xəbər verir ki, argentinalı forvardı Kardiffə aparan təyyarə La-Manş yatağının dərinliklərində tapılmışdı. Təyyarənin içində olan cəsədin Emiliano Sala olduğu təsdiqlənib. Məlumatı Dorset polisi yayıb.
28 yaşlı hücumçu "Kardiff Siti"yə 15 milyon funt-sterlinqə transfer edilmişdi. O, müqavilə imzaladıqdan sonra yarımçıq qalan işlərini həll etmək üçün Nant şəhərinə qayıtmışdı. Bundan əlavə, o, "Nant"dakı komanda yoldaşları ilə sağollaşmışdı. Lakin yanvarın 21-i 59 yaşlı pilot David İbbotson idarə etdiyi ABŞ istehsalı olan "Piper-P46 Malibu" markalı təyyarə La-Manş boğazında radardan itmişdi.
Qeyd edək ki, Emiliano Sala "Nant"da 117 oyuna 42 qol vurmuşdu. O, "Kardiff Siti"nin ən bahalı transferi kimi klub tarixinə düşmüşdü.
saytlarin hazirlanmasi